09:40 - 7.06.2023
7 iyun, Fineko/abc.az. Çərşənbə günü keçirilən hərraclarda neftin etalon markalarının qiyməti aşağı düşür.
London ICE Futures birjasında Brent markalı neftin avqust fyuçerslərinin qiyməti saat 09:38-də $0,40 (0,52%) - bir barelə $75,89-a düşdü. 6 iyun ticarətinin nəticələrinə görə, Brent markalı neftin avqust fyuçersləri $0,42 (0,57%) ucuzlaşaraq bir barelə $76,29-a düşdü.
Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin iyul fyuçerslərinin qiyməti saat 09:38–də $0,40 (0,56%) azalaraq bir barelə $71,34-a düşüb. İyunun 6-da keçirilən hərracların nəticələrinə görə, WTI neftinin iyul fyuçerslərinin qiyməti $0,41 (0,55%) azalaraq bir barelə $71,74-a düşüb.