10:01 - 1.06.2023
1 iyun, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri əvvəlki gün azaldıqdan sonra cümə axşamı keçirilən ticarətdə yüksəlir.
London ICE Futures birjasında Brent markalı neftin avqust fyuçerslərinin qiyməti saat 09:56–da $0,37 (0,51%) artaraq bir barelə $72,97-a çatıb. Mayın 31-də baş tutan ticarətin nəticəsində Brent markalı neftin avqust fyuçersləri $1,11 (1,51%) ucuzlaşaraq bir barelə $72,60-a düşdü.
Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin iyul fyuçerslərinin qiyməti saat 09:56–da $0,30 (0,44%) artaraq bir barelə $68,39-a yüksəldi. Mayın 31-də keçirilən hərracların nəticələrinə görə, WTI neftinin iyul fyuçerslərinin qiyməti bir barelə $1,37 (1,97%) azalaraq $68,09-a düşüb.
May ayının nəticələrinə görə Brent 9,55%, WTI 11,12% ucuzlaşıb.