15:30 - 10.05.2023
10 may, Fineko/abc.az. Bu ilin yanvar-aprel aylarında Azərbaycanda istehlak qiymətləri indeksi 2022-ci ilin yanvar-aprel aylarına nisbətən 113,5%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 116,6%, qeyri-ərzaq məhsulları üzrə 111,8%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110,7% təşkil edib.
Dövlət Statistika Komitəsindən ABC.AZ-a daxil olan məlumata görə, 2023-cü ilin aprel ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,3%, əvvəlki ilin aprel ayına nisbətən 112,8% təşkil edib.
Bu ilin aprel ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,3%, əvvəlki ilin aprel ayına nisbətən 115,1% təşkil edib.
18 Avqust 2026