09:35 - 4.05.2023
4 may, Fineko/abc.az. Əvvəlki sessiyanın nəticələrinə görə, neftin etalon markalarının qiymətləri cümə axşamı keçirilən hərracda 4% düşəndən sonra yüksəlir.
Londonun ICE Futures birjasında Brent markalı neftin iyul fyuçerslərinin qiyməti saat 09:32-də $0,54 (0,75%) artaraq bir barel üçün $72,87-a çatıb. Mayın 3-də Brent markalı neftin iyul fyuçersləri $2,99 (3,97%) ucuzlaşaraq bir barel üçün $72,33-a düşüb.
Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin iyun fyuçerslərinin dəyəri saat 09:32-də $0,35 (0,51%) artaraq bir barel üçün $68,95-a çatdı. Mayın 3-də keçirilən hərracların nəticələrinə görə, WTI neftinin iyun fyuçerslərinin qiyməti $3,06 (4,27%) azalaraq bir barel üçün $68,60-a düşüb.