“Bakcell”dən Formula 1 yarışlarına bilet!

09:15 - 27.04.2023


27 aprel, Fineko/abc.az. Bakcell şirkəti sosial media istifadəçiləri üçün Formula 1 yarışına bilet qazanmaq imkanı təqdim edir.

Şirkətin rəsmi sosial media hesablarında (“Facebook” və “Instagram”) elan olunmuş müsabiqədə iştirak etməklə Formula 1 Azərbaycan Qran Prisini canlı izləmək mümkündür. Müsabiqə 27 aprel 2023-cü il saat 12:00-a qədər davam edəcək.

Qaliblər həm yarışı izələyə, həm də müxtəlif oyun və əyləncələrə qatıla biləcəklər. Daha ətraflı məlumatı Bakcell şirkətinin “Facebook” və “Instagram” səhifələrindən əldə etmək olar.