15:18 - 26.04.2023
26 aprel, Fineko/abc.az. Ötən il Türkiyənin Əliağa yarımadasında SOCAR tərəfindən inşa edilən "STAR" neft emalı zavodunun (NEZ) istehsal gücündən istifadə göstəricisi 113%-ə çatıb.
ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bunu “SOCAR Türkiyə” Baş İcraçı Direktoru Elçin İbadov bildirib.
O, STAR neft emalı zavodunun Türkiyənin neft məhsullarına olan tələbatının təxminən 25%-i ödədiyini bildirərək, STAR-ın 2022-ci ildə istehsal gücündən istifadə göstəricisinin 113% təşkil etdiyini qeyd edib.
“Bu gün STAR neft emalı zavodu 11 mln. ton xam neft istehsal edir və emal edir və emal məhsulları istehsal edir. Bu, Türkiyənin neft məhsullarına ehtiyacının təxminən 25%-i ödəyir. Təbii ki, bu kifayət deyil, amma biz bazarın xarici asılılığını əhəmiyyətli dərəcədə azaltdığımız üçün Türkiyənin cari hesab kəsirinə hər il 1 mlrd. dollara yaxın töhfə verməkdən qürur duyuruq”, - Elçin İbadov vurğulayıb.
“Məsələn, 10 mln. ton standart gücümüz var, amma biz (ötən il – red.) 11,3 mln. ton istehsal edə bilmişik ki, bu da 113% gücün istifadə göstəricisidir”, Elçin İbadov deyib.