16:36 - 19.04.2023
19 aprel, Fineko/abc.az. Ramazan ayının sonunda 39 məhsuldan 30-da qiymətlər artıb, 9-da ucuzlaşıb.
ABC.AZ xəbər verir ki, bu barədə Türkiyə Əkinçilik Palataları Birliyinin (TZOB) sədri Şəmsi Bayraktar bildirib.
O qeyd edib ki, Ramazan ayının son günlərində bazarda ən yüksək qiymət artımı yüzdə 45,2 ilə quru soğanda müşahidə olunub.
O bildirib ki, ətin bahalaşması səbəbindən damazlıq heyvanlar kəsilmək təhlükəsi ilə üz-üzə qalıb.
“Soğandan sonra qiymət artımı daha çox 28,4 faizlə yaşıl bibərdə, 27,2 faizlə quzu ətində, 26,4 faizlə quru lobyada, 24,7 faizlə mal ətində və 22,4 faizlə yerkökündə müşahdə edilir. Bazarda qiyməti ən çox düşən məhsul yüzdə 24 ilə balqabaq olub. Balqabaqda qiymət enişini 17,6 faiz ağ kələm, 12,2 faiz yaşıl soğan, 7,7 faiz pomidor, 4,2 faiz toyuq və 3,3 faiz kahı izləyib” deyə Bayraktar bildirib.
Müəllif: Elmir Murad
18 Avqust 2026