14:33 - 19.04.2023
19 aprel, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, Nazirlər Kabinetinin qərarı ilə tropik meyvələrin Azərbaycana gətirilməsi üçün tutulan gömrük rüsumu gələn ildən ləğv edilir. ABC.AZ xəbər verir ki, ekspert Eldəniz Əmirov ümumilikdə bunu müsbət dəyərləndirsə də, qərarın büdcəyə təsirsiz ötüşməyəcəyini də bildirib. Azadolmaların büdcə gəlirlərinə təsir edəcək:
“Bu məhsulların idxalından əldə olunan vəsait də o qədər çox deyil ki, büdcəyə hansısa bir ciddi töhvə versin və vergidən azadolma bunu azlatsın. Sadaladığım hər iki mənfi tərəf çox az olduğundan, əvəzində bu meyvələrin əhali üçün əlçatan olmasına şərait yaradacaq”.
Eldəniz Əmirov əlavə olaraq bildirib ki, yeni qərarla gömrük rüsumundan 15 fazilik azad olmalalar 203 məhsulu əhatə edir və bunların əksəriyyəti 2023-cü il dekabrın 31-nə qədər gömrük rüsumundan azad olunmuşdu. Və qərar bu ilin fevral ayında verilmişdi. Bunların arasından 67 məhsul isə 5 faiz həcmində gömrük rüsumundan azad edilib.
18 Avqust 2026