14:15 - 19.04.2023
19 aprel, Fineko/abc.az. Tropik meyvələrin 15 faizlik gömrük rüsumundan azad edilməsinin müsbət tərəfləri var.
ABC.AZ xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov bildirib.
O qeyd edib ki, infilyasiya səbəbindən əhalinin alıcılıq qabiliyyəti elə də yuxarı səviyyədə deyil.
Ona görə də bu meyvələrin gömrük rüsumunun 15 faiz azaldılması məhsulun əlçatanlığının təmin olunmasına imkan verəcək.
Qərarın mənfi və müsbət tərəflərini şərh edən ekspert bildirib ki, bəzi xırda nüanslar var və bunlar mənfi tərəf kimi qəbul edilə bilər:
“Məsələn, bunlardan biri yerli sahibkarların rəqabətdə güzəştli situasiyaya müqayisədə bir qədər uduzma ehtimalıdır. Amma nəzərə alaq ki, Azərbaycanda tropik meyvələr yetişdirlməsi o qədər çox deyil. Ona görə də hansısa ciddi bir zərərin olacağını düşünmürəm”.
18 Avqust 2026