17:04 - 17.04.2023
17 aprel, Fineko/abc.az. Türkiyə “Avropanın ən çox avtomobil idxal etdiyi ölkə” adını itirərək yerini Çinə verib.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb Çinin Avropaya avtomobil ixracını bir il ərzində iki dəfədən çox artırmasıdır.
Eyni dövrdə Türkiyənin Avropaya ixracatı da dayanıb.
Avtomobil Sənayesi Dərnəyinin (OSD) sədri Cengiz Eroldu, keçən həftə İstanbulda avtomobil sənayesinin ilk rüb nəticələrini açıqlayıb və sektorla bağlı əhəmiyyətli qiymətləndirmələr edib.
Eroldu, avtomobil istehsalçılarının birinci rübdə istehsalını və ixracatını artırmasına baxmayaraq, sektorun qlobal rəqabət qabiliyyətindəki itkilərə diqqət çəkib.
19 Avqust 2026
19 Avqust 2026
18 Avqust 2026