17:13 - 14.04.2023
14 aprel, Fineko/abc.az. Böyük Britaniyada yaşayış xərclərinin yüksək olması səbəbindən mikrodalğalı sobalarda qızdırılan hazır qidalara tələbat artır.
ABC.AZ “BBC NEWS”ə istinadən xəbər verir ki, pərakəndə ticarət şirkətləri xüsusilə dondurulmuş yeməklərin istehlakında böyük artım olduğunu bildirirlər.
Dondurulmuş toyuq, hazır yeməklər, pizza və kartof qızartması ən çox seçilən məhsullardır.
Qeyd edək ki, İngiltərədə enerji qiymətləri son illərdə sürətlə artıb. İllik inflyasiya isə 10,4 faizə yüksəlib.
18 Avqust 2026