Almaniyada bu səbəbdəb topdansatış ticarət qiymətləri aşağı enib

16:57 - 14.04.2023


14 aprel, Fineko/abc.az. Almaniyada enerji qiymətlərinin düşməsi səbəbindən topdansatış ticarət qiymətləri mart ayında da zəifləməyə davam edib.

ABC.AZ xəbər verir ki, bu barədə “Almaniya Federal Statistika İdarəsi”i (Destatis) məlumat yayıb.

Dərc edilmiş xəbərdə qeyd edilib ki, Almaniyada topdansatış qiymətləri indeksi mart ayında aylıq 0,2%, illik bazda isə 2% artıb.

Fevralda indeks illik bazda 8,9%, yanvarda isə 10,6% artmışdı.

Bununla da, Almaniyada topdansatış qiymətləri ardıcıl olaraq 6-cı ayda da ucuzlaşdı

Rusiya-Ukrayna müharibəsi başlayandan sonra topdansatış qiymətlərində artım 2022-ci ilin aprelində 23,8%-ə çatıb.