Martda əhaliyə göstərilmiş xidmətlər nə qədər təşkil edib?

12:31 - 14.04.2023


14 aprel, Fineko/abc.az. Martda əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi fevralla müqayisədə 100,2%, ötən ilin mart ayına nisbətən 110,8 % təşkil edib.

Dövlət Statistika Komitəsindən ABC.AZ-a verilən məlumata görə, əhaliyə göstərilmiş ödənişli xidmətlərdən daha çox artım mənzillərin icarə haqlarında, minik avtomobillərinin, mebellərin, məişət cihazlarının təmiri, ictimai iaşə və hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub.

Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.