Ötən 3 ayda ən çox bahalaşan ərzaqlar - SİYAHI

12:18 - 14.04.2023


14 aprel, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, Dövlət Statistika Komitəsi yanvar-mart ayları üçün inflyasiyanın həcmini açıqlayıb.

ABC.AZ-ın məlumatına görə, martda ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi fevralla müqayisədə 101,3%, ötən ilin mart ayına nisbətən isə 116,8% təşkil edib.

Ayrı-ayrı ərzaq məhsullarından daha çox artım düyünün, vaflinin, peçenyenin, mal və qoyun ətinin, təzə balığın, pendirin, zeytun yağının, naringinin, portağalın, narın, almanın, bananın, soğanın, kartofun, balqabağın, pomidorun, şəkərin, çayın, mineral suların, spirtli içkilərin, azalma isə əsasən çörəyin, unun, qarabaşaq yarmasının, yumurtanın, süfrə marqarininin, günəbaxan və qarğıdalı yağlarının, xiyarın, çuğundurun, yerkökünün, mərcinin qiymətlərində müşahidə olunub.

Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.