17:05 - 13.04.2023
13 aprel, Fineko/abc.az. Moskva Ticarət və Sənaye Palatasının İrandakı tərəfdaşlarla xarici iqtisadi əməkdaşlıq komissiyasının sədri Nikolay Maşkov bildirib ki, Rusiya İranla sənaye əməkdaşlığında maraqlıdır.
Məlum olduğu kimi Azərbaycanın da hər iki ölkə ilə ticari əlaqələri var. Lakin son günlər Azərbaycanla İran arasında siyasi münasibətlərin bu əlaqələrə necə təsir edəcəyi qeyri müəyyən olaraq qalır.
ABC.AZ xəbər verir ki, Kommersat.az məsələni iqtisadçı Natiq Cəfərli ilə müzakirə edib.
Natiq Cəfərli bildirib ki, təssüf ki, son zamanlar Azərbaycan İran arasındakı siyasi münasibətlərin gərginliyi ticarət dövriyyəsinin genişlənməsinə maneə yaradır.
Ekspert onu da əlavə edib ki, bizim hər iki dövlət arasında ticarət əlaqələri genişdir:
“Azərbaycan İran arasında ticarət əlaqələrinə baxsaq görərik ki, keçən il təqribən yarım milyard dollarlıq dövriyyə olub, Onun 460 milyon dollara yaxınını İran Azərbaycana mal satıb. Azərbaycan isə cəmi 40 milyon dollara yaxın Azərbaycan mal satmış olub. Amma Rusiya ilə ticarət dövriyyəsi Azərbaycanın ilk üçlüyündə yer tutur. Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kifayət qədər böyükdür, Bu dövriyyə 3 milyard dollara yaxınlaşır. Rusiya ilə daha sıx əlaqəsi var”.
18 Avqust 2026