Ötən ay Çinin ixracı 14 faizdən çox artıb

15:52 - 13.04.2023


13 aprel, Fineko/abc.az. Mart ayında Çinin ixracatı gözlənilmədən artıb.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, ixracat artaraq altı ayda ilk qazancını göstərib.

Pekində keçirilən iclasda Çin Gömrük İdarəsinin sözçüsü Lyu Daliang jurnalistlərə bildirib ki, keçən ay dollar ilə ixrac 14,8% artarkən, idxal isə 1,4% azalıb.

Bununla da, ay ərzində 88,2 milyard dollarlıq ticarət profisiti yaranıb.

Qeyd edək ki, iqtisadçılar ixracın 7,1%, idxalın isə 6,4% azalacağını proqnozlaşdırmışdılar.