Rusiyada peykin mobil telefonla birbaşa əlaqəsi üçün yeni texnologiya hazırlanacaq

14:58 - 13.04.2023


12 aprel, Fineko/abc.az.  Rusiyanın "Roskosmos" korporasiyası abunəçi avadanlıqlarından istifadə etmədən adi mobil telefona zəng etməyə imkan verən peyk rabitəsi texnologiyasını yaratmaq niyyətindədir.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bu barədə "Roskosmos"dan bildirilib.
Qeyd olunub ki, indiyədək bu cür texnologiyalar əhəmiyyətsiz həcmdə məlumat ötürməyə imkan verir. Buna yalnız SMS mesajlarının ötürülməsi daxildir.