16:06 - 10.04.2023
10 aprel, Fineko/abc.az. Bu ilin yanvar-mart aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 1 544,97 milyon manat təşkil edib.
ABC.AZ DGK-ya istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 25,4% çoxdur.
Bu ilin 3 ayında gömrük rüsumları üzrə daxilolmalar 21% artaraq 366,082 mln manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 26,2% artaraq 1 120,934 mln manat, aksizlər üzrə daxilolmalar 50,7% artaraq 43,988 mln manat, yol vergisi üzrə daxilolmalar isə 15,1% artaraq 13,965 mln manat olub.
18 Avqust 2026