15:20 - 15.03.2023
15 mart, Fineko/abc.az. Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyində olan Naxçıvan İşıqlandırma və Reklam Tərtibatı İdarəsi əmlakı ilə birlikdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin tabeliyinə verilib.
ABC.AZ xəbər verir ki, bununla bağlı Naxçıvan Nazirlər Kabineti müvafiq qərar qəbul edib.
Eyni zamanda, Nazirlər Kabinetinin 2023-cü il 10 mart tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasının dövlət qurumlarında müasir informasiya texnologiyalarından istifadənin, həmçinin informasiya təhlükəsizliyinin təşkili və təmin edilməsinə dair 2023-cü il üçün Tədbirlər Planı” təsdiq edilib.
18 Avqust 2026