11:27 - 7.03.2023
7 mart, Fineko/abc.az. Azərbaycan bu ilin yanvar ayında 19 milyon dollarlıq geyim əşyaları idxal edib.
ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, ölkənin geyim idxalına çəkdiyi xərc 2022-ci ilin eyni ayı ilə müqayisədə 40,5% və ya 5,5 milyon dollar artıb.
Əlavə edək ki, hesabat dövründə geyim idxalı ölkənin ümumi idxalının 1,35%-ni təşkil edib.
18 Avqust 2026