Azərbaycandan 1 ayda 4,4 milyon dollarlıq qara metal ixrac edilib

11:17 - 7.03.2023


7 mart, Fineko/abc.az. Azərbaycandan bu ilin yanvar ayında 4,4 milyon dollarlıq qara metal ixrac edilib.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, qara metalların ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 47,8% və ya 4 milyon dollar azdır.

Əlavə edək ki, ötən ilin eyni ayında Azərbaycan 8,5 milyon dollarlıq qara metal ixrac edib.