AZAL bəzi istiqamətlər üzrə biletləri 30 faiz ucuzlaşdırdı

12:22 - 6.03.2023


6 mart, Fineko/abc.az. 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə “Azərbaycan Hava Yolları” (AZAL) qadınlar üçün Bakıdan müxtəlif istiqamətlər üzrə aviabiletlərə 30 faiz güzəşt elan edib.

AZAL-dan ABC.AZ-a bildirilib ki, aviabiletləri martın 6-dan 8-dək aviaşirkətin 13 marşrutu (gediş-gəliş) üzrə güzəştlə əldə etmək mümkündür. Aksiya çərçivəsində aviabiletlər 28 mart-20 aprel tarixləri arasında uçuşlara şamil edilir.

Belə ki, Bakıdan Milan, London, Praqa, Berlin, Dubay, İstanbul, Antalya, Moskva (“Domodedovo” və “Vnukovo” hava limanları), Sankt-Peterburq, Novosibirsk, Yekaterinburq, Astana, Almatı şəhərlər üzrə uçuşlara 30 faiz güzəşt tətbiq olunur.

Sözügedən reyslərə aviabiletləri aviaşirkətin kassalarından və akkreditə olunmuş agentliklərindən, həmçinin [email protected]  elektron poçtu vasitəsilə çağrı mərkəzinə müraciət etməklə əldə etmək olar.