“Azərpambıq”ın ixrac gəlirləri azalıb

10:30 - 1.03.2023


1 mart, Fineko/abc.az. Azərbaycanın əsas pambıq məhsulları ixracçısı olan “Azərpambıq”ın ixrac gəlirləri yanvar ayında kəskin azalıb.

ABC.AZ xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin tərtib etdiyi yanvar ayı üzrə “İxrac İcmalı”nda bildirilir.

İcmala əsasən qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısında “Azərpambıq” ASC 5-ci yerdə qərarlaşıb.

Şirkət bu ilin yanvarında ayında 2,2 milyon dollarlıq məhsul ixrac edib.

Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 1,3 milyon dollar, yəni 37,1% azdır. Keçən ilin yanvarında “Azəralümünium” ASC-in ixrac gəlirləri 3,5 milyon dollar təşkil edib.