10:12 - 1.03.2023
1 mart, Fineko/abc.az. Fevralda Böyük Britaniyada ərzaq inflyasiyasının illik nisbəti 17,1%-ə çatıb.
ABC.AZ xəbər verir ki, müvafiq məlumatları çərşənbə axşamı "Kantar" beynəlxalq marketinq araşdırmaları agentliyi dərc edib. Məlumata görə, bu da ölkə üçün son 45 ildə ən yüksək göstəricidir.
"İnsanlar üçün ərzaq qiymətlərinin artması elektrik enerjisindən sonra ikinci ən vacib maliyyə məsələsidir. Əhalinin üçdə ikisi ərzaq və içkilərin qiymətindən narahatdır", - deyə "Kantar"da pərakəndə satış və istehlakçıların təhlili şöbəsinin müdiri Freyzer Makkevit bildirib.
Böyük Britaniyanın Milli Statistika İdarəsinin məlumatına görə, ölkədə ərzaq məhsullarının illik inflyasiyası sonuncu dəfə 1977-ci ildə 17,6%-i keçib.
20 Avqust 2026
20 Avqust 2026
20 Avqust 2026
18 Avqust 2026
17 Avqust 2026