Xaricə qeyri-neft sektoruna aid mallardan ən çox elektrik enerjisi satmışıq

14:41 - 28.02.2023


28 fevral, Fineko/abc.az. 2023-cü ilin yanvar ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında elektrik enerjisi (72,4 milyon ABŞ dolları) birinci, pambıq mahlıcı (15,5 milyon ABŞ dolları) ikinci və meşə fındığı (11,8 milyon ABŞ dolları) üçüncü olub.

ABC.AZ xəbər verir ki, bu rəqəmlər və məlumat “İxrac icmalı”nın fevral sayında öz əksini tapıb.

Məlumatda qeyd edilir ki, 2023-cü ilin fevral ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirilən qeyri-neft ixracının dəyəri 13,6 milyon ABŞ dolları olub. Bununla yanaşı sözügedən sayda kartlarla aparılmış əməliyyatların həcmi də açıqlanıb. Belə ki, məlumatda 2023-cü ilin yanvar ayında banklara məxsus ödəniş xidməti şəbəkəsində digər  qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları ilə aparılan əməliyyatların həcmi 171,5 milyon manat təşkil etdiyi qeyd edilib.