Yanvarda Azərbaycanın ümumi ixracı 1,9 milyard ABŞ dollar olub

12:05 - 28.02.2023


28 fevral, Fineko/abc.az. 2023-cü ilin yanvar ayında Azərbaycanın ümumi ixracı 1,9 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac 284,5 milyon ABŞ dolları təşkil edib.

ABC.AZ xəbər verir ki, bu rəqəmlər və məlumat “İxrac icmalı”nın fevral sayında öz əksini tapıb.

Məlumatda qeyd edilib ki, qeyri-neft sektoru üzrə ixrac 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 22,6% artıb.

2023-cü ilin yanvar ayı ərzində yeyinti məhsulları üzrə ixrac 64,3 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 220,2 milyon ABŞ dollarına bərabər olub.