10:57 - 28.02.2023
28 fevral, Fineko/abc.az. 2022-ci ildə Azərbaycana xaricdən gətirilən ətir və tualet suyunun həcmi və qiyməti açıqlanıb.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən il xaricdən 1 362,09 ton ətir və tualet suyu gətirilib.
Onun ümumi dəyəri 26 milyon 511,89 min dollar təşkil edib. 2021-ci illə müqayisədə bu malların idxalının miqdarı 6,4%, dəyəri isə 15,6% artıb.
Açıqlanan gömrük rəqəmləri ölkəyüə idxal olunan bu məhsulların təqribi qiymətləri barədə təsəvvür yaradır.
Rəsmi rəqəmlərə əsasən ölkəyə gətirilən ətir və tualet suyunun orta idxal qiyməti 1 qram üçün təqribən 2 sent təşkil edib.
Azərbaycana ən bahalı ətir və tualet suyu Fransadan gətirilir.
Ötən il bu ölkədən 10 milyon 556,6 min dəyərində 113,3 ton ətir və tualet suyu idxal edilib.
Fransadan gətirilən ətir v tualet suyunun 1 qramının orta idxal qiyməti 9,3 sent olub.
21 Avqust 2026
21 Avqust 2026
19 Avqust 2026