Türkiyəyə ən çox məhsul satan ölkə Almaniya oldu

10:23 - 28.02.2023


28 fevral, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, Türkiyənin yanvar ayındakı xarici ticarət dövriyyəsində rekord kəsir yaranıb.

ABC.AZ-ın məlumatına görə, yanvarda enerji məhsulları və qızıl istisna olmaqla, ixrac 8,4 faiz artaraq 18 milyard 105 milyon dollar, idxal isə 8,1 faiz artaraq 19 milyard 891 milyon dollar olub.

Yəni enerji və qızılsız da xarici ticarət kəsirdə olub - 1 milyard 787 milyon dollar.

Yanvarda 1,8 milyard dollarlıq ixracatla birinci yeri Almaniya  tutarkən, ABŞ 1,2 milyard dollar, Rusiya 1 milyard dollar, İngiltərə 954 milyon dollar və İtaliya 916 milyon dollarla izləyib. İlk 5 ölkəyə ixrac ümumi ixracın 30,6 faizini təşkil edib. Rusiya 5 milyard dollarlıq idxalla birinci sırada olarkən, 4,3 milyard dollarla İsveçrə, 3,6 milyard dollarla Çin, 1,8 milyard dollarla Almaniya və 1,2 milyard dollarla ABŞ gəlib. Aylıq ümumi idxalın 47,4 faizi bu beş ölkədən həyata keçirilib.