Türkiyənin xarici ticarətində rekord kısir yaranıb

10:14 - 28.02.2023


28 fevral, Fineko/abc.az. Yanvar ayının nəticələrinə görə, Türkiyənin xarici ticarətində rekord kəsir yaranıb.

ABC.AZ xəbər verir ki, bu barədə Türkiyə Statistika Təşkilatının (TÜİK) açıqladığı məlumatda qeyd edilib.

Məlumata görə, yanvar ayı xarici ticarət məlumatlarında xracın əvvəlki ilin eyni ayına görə 10,3% artaraq 19 milyard 369 milyon dollar, idxal isə 20,7% artaraq indiyədək ən yüksək həddə - 33 milyard 606 milyon dollara çatdığı qeyd edilib.

Nəticədə xarici ticarətdə kəsir – mənfi saldo 14 milyard 237,2 milyon dollar olub.

Bu əvvəlki ilin yanvarı ilə müqayisədə 38% artıqdır. Ötən ilin yanvar ayında ixracın idxala nisbəti 63 faiz olduğu halda, bu il həmin göstərici 57,6 faizə enib. Bu 2013-cü ilin aprelindən bəri ən aşağı göstəricidir.