İtalyan restoranları pomidordan buna görə imtina etdi - SƏBƏB

11:16 - 27.02.2023


27 fevral, Fineko/abc.az. Böyük Britaniyada fəaliyyət göstərən italyan restoranları qiymət artımı səbəbindən pomidordan imtina ediblər.

ABC.AZ xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.

İtalyanlar britaniyalıları pomidorsuz makaron və pizza təamlarına hazırlaşmağa çağırıblar. Bildirilib ki, ölkədə italyan mətbəxi üzrə ixtisaslaşmış restoranlar pomidordan istifadəni məcburi olaraq məhdudlaşdırıblar. Bəzi hallarda pomidor pastası menyudan çıxarılıb.

İngiltərədəki İtalyan Aşpazlar Federasiyasının məlumatına görə, bir yeşiyi 5 funt (təxminən 10 manat) olan tərəvəz, hazırda yeşiyi 20 funta (təxminən 40 manata) satılır.