08:55 - 24.02.2023
24 fevral, Fineko/abc.az. Neftin etalon markalarının qiyməti cümə günü ticarətdə bir gün əvvəl 2% artdıqdan sonra yüksəlir.
Londonun ICE Futures birjasında Brent markalı neftin aprel fyuçerslərinin dəyəri saat 08:50-də $0,70 (0,85%) artaraq bir barel üçün $82,91-a çatıb. 23 fevral ticarətinin nəticələrinə görə, Brent markalı neftin aprel fyuçersləri $1,61 (2,00%) artaraq bir barel üçün $82,21-a yüksəldi.
Saat 08:50-də Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin aprel fyuçerslərinin qiyməti $0,67 (0,89%) artaraq bir barel üçün $76,06-a yüksəldi. Fevralın 23-də aparılan hərracların nəticələrinə görə, WTI neftinin aprel fyuçerslərinin qiyməti $1,44 (1,95%) artaraq bir barel üçün $75,39-a çatıb.