Azərbaycanın qeyri neft-qaz məhsullarının ixracı 12 faizdən çox artıb

16:15 - 13.02.2023


13 fevral, Fineko/abc.az. 2022-ci ildə qeyri neft-qaz məhsullarının ixracı əvvəlki illə müqayisədə faktiki qiymətlərlə 12,3 faiz, real ifadədə 4,2 faiz artaraq 3 milyard 47,7 milyon dollar təşkil edib.

Dövlət Gömrük Komitəsindən ABC,AZ-a daxil olmuş məlumatlara əsasən, Azərbaycanın xarici ticarət dövriyyəsinin 34,4 faizi İtaliya, 11,1 faizi Türkiyə, 7,0 faizi Rusiya, 4,1 faizi Çin, 3,6 faizi Hindistan, 3,3 faizi İsrail, 2,7 faizi Yunanıstan, 2,4 faizi Almaniya, 2,1 faizi İspaniya, 2,0 faizi Birləşmiş Krallıq, 1,9 faizi Çexiya, 1,8 faizi Xorvatiya, 1,5 faizi Gürcüstan, 1,4 faizi Portuqaliya, 1,3 faizi İndoneziya, 1,2 faizi Ukrayna, hər biri 1,1 faiz olmaqla Qazaxıstan, Vyetnam və ABŞ, 14,9 faizi isə digər ölkələr ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb.

İxracın 46,6 faizini İtaliyaya, 9,3 faizini Türkiyəyə, hər biri 4,4 faiz olmaqla İsrail və Hindistana, 3,6 faizini Yunanıstana, hər biri 2,6 faiz olmaqla İspaniya və Rusiyaya, 2,5 faizini Xorvatiyaya, 2,4 faizini Çexiyaya, 2,0 faizini Birləşmiş Krallığa, 1,9 faizini Portuqaliyaya, 1,7 faizini Gürcüstana, hər biri 1,6 faiz olmaqla İndoneziya və Almaniyaya, hər biri 1,3 faiz olmaqla Tunis və Vyetnama, 1,2 faizini Rumıniyaya, 1,1 faizini İsveçrəyə, 1,0 faizini İrlandiyaya, 6,9 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.

Müəllif: Elmir Murad