Ötən ay ən çox bahalaşan qidalar - SİYAHI

15:25 - 10.02.2023


10 fevral, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, Dövlət Statistika Komitəsi bu ilin yanvar ayı üçün bəzi göstəriciləri açıqlayıb.

ABC.AZ-ın məlumatına görə, statistikaya əsasən, cari ilin yanvar ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma manna yarmasının, düyünün, unun, peçenyenin, qoyun və toyuq ətinin, balıq konservlərinin, südün, xamanın, pendirin, narın, almanın, heyvanın, naringinin, bananın, xiyarın, pomidorun, soğanın, kartofun, yerkökünün, şəkər və şəkər tozunun, konfetlərin, çayın, kola içkisinin, arağın, ucuzlaşma isə əsasən qarabaşaq yarmasının, mərcinin, günəbaxan yağının, portağalın, limonun və kələmin qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.