15:01 - 10.02.2023
10 fevral, Fineko/abc.az. 2023-cü ilin yanvar ayında istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) 2022-ci ilin yanvar ayına nisbətən 13,6 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 17,5 faiz, qeyri-ərzaq məhsulları üzrə 12,2 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 9,7 faiz artıb.
Dövlət Statistika Komitəsindən ABC.AZ-a daxil olan məlumata görə, 2023-cü ilin yanvar ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 1 faiz yüksəlib.
Komitənin məlumatında qeyd edilib ki, 2023-cü ilin yanvar ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 1,2 faiz artıb.
18 Avqust 2026