10:50 - 9.02.2023
9 fevral, Fineko/abc.az. Gəncə şəhərində pərakəndə ticarət dövriyyəsi haqqında məlumatlar açıqlanıb.
Gəncə Şəhər Statistika İdarəsindən ABC.AZ-a daxil olan məlumata görə, 2022-ci ilin yanvar-dekabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 1 milyard 357,5 milyon manatlıq, o cümlədən 581 milyon 111,1 min manatlıq ərzaq məhsulları, içkilər və tutun məmulatları, 77 milyard 6451,8 min manatlıq qeyri-ərzaq malları satılıb.
2021-ci ilin yanvar-dekabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 1,3 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 42,5 faiz azalmış, qeyri-ərzaq malları üzrə isə 2,2 dəfə artıb.
20 Avqust 2026
20 Avqust 2026
20 Avqust 2026
18 Avqust 2026
17 Avqust 2026