17:08 - 7.02.2023
7 fevral, Fineko/abc.az. İxrac İcmalının fevral sayı ilə bağlı statistika təqdim olunub.
ABC.AZ “İxrac icmalı”nın fevral sayına istinadən xəbər verir ki, 2023-cü ilin yanvar ayında Azərbaycanın ümumi ixracı 1,9 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac 284,5 milyon ABŞ dolları təşkil edib.
Qeyri-neft sektoru üzrə ixrac 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 22,6% artıb.
2023-cü ilin yanvar ayı ərzində yeyinti məhsulları üzrə ixrac 64,3 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 220,2 milyon ABŞ dollarına bərabər olub.
18 Avqust 2026