14:49 - 7.02.2023
7 fevral, Fineko/abc.az. Azərbaycanın gül istehsalçıları Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Qətərin bazarlarını ixrac üçün nəzərdən keçirir.
ABC.AZ xəbər verir ki, bunu Gül İstehsalçıları, İdxalçıları və İxracatçıları Assosiasiyasının sədri Cavid Axundov deyib.
O qeyd edib ki, hazırda bu ölkənin bazarları araşdırılır: “Azərbaycanın gül ixracında əsas bazarı Rusiya olub. Lakin 2022-ci ildə bu istiqamətdə tədarük azalıb, bu isə Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə səbəbindəndir”.
C.Axundovun sözlərinə görə, ötən il Özbəkistana qızılgül test partiyası göndərilib: “Bu ölkəyə, müsbət cavab alınan təqdirdə ixraca başlanacaq. Lakin Özbəkistanın özünün də gül istehsalı son illər inkişaf edib”.
18 Avqust 2026