14:33 - 1.02.2023
1 fevral, Fineko/abc.az. Azərbaycanda ötən il ixrac edilən qeyri-neft məhsulları siyahısında karbamid birinci olub.
Bu barədə ABC.AZ “İxrac icmalı”nın yanvar sayına istinadla xəbər verir.
Qeyd olunur ki, 2022-ci ildə ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında karbamid (209,7 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda qızıl (185,2 milyon dollar) ikinci, pambıq mahlıcı (173,5 milyon dollar) isə üçüncü yerdə qərarlaşıb.