Azərbaycanın meyvə ixracı artıb

12:04 - 18.01.2023


18 yanvar, Fineko/abc.az. 2022-ci ildə Azərbaycandan xarici ölkələrə təxminən 450 milyon dollar dəyərində meyvə ixrac olunub.

Bu, 2021-ci ilin müvafiq göstəricisindən 9,4% çoxdur. İxrac olunan məhsulun həcmində də artım var.

Kənd Təsərrüfatı Nazirliyindən ABC.AZ-a daxil olan məlumata görə, ötən il ölkədən ümumilikdə 396 min tona yaxın meyvə ixrac olunub.

Bu da 2021-ci ilin göstəricisinə nisbətən 5,6% çoxdur.