Bu mehmanxanalar 30 faiz ƏDV qaytaracaq

12:29 - 12.01.2023


12 yanvar, Fineko/abc.az. Vergi Məcəlləsinə edilmiş digər bir dəyişikliyə əsasən, işğaldan azad olunmuş ərazilərin geniş turizm potensialına malik olması nəzərə alınaraq, mehmanxana xidmətlərinə görə ödənilən ƏDV-nin istehlakçılara geri qaytarılması da həyata keçiriləcək.

ABC.AZ Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu ərazilər daxilində yerləşən mehmanxanalar tərəfindən göstərilən gecələmə və qalma xidmətlərinə görə nağdsız qaydada ödənilmiş ƏDV-nin 30 faizi, nağd qaydada ödənilmiş ƏDV-nin isə 5 faizi fiziki şəxs olan istehlakçılara geri qaytarılacaq.