17:24 - 11.01.2023
11 yanvar, Fineko/abc.az. Azərbaycanda iki konserv zavodu - «Lənkəran-Konserv» ASC və «Qazax Konserv Zavodu» ASC ləğv edilir.
ABC.AZ xəbər verir ki, hər iki qurum səhmdarlarına bu barədə məlumat verərək onları yığıncağı dəvət ediblər.
Fevralın 10-da Lənkəran şəhəri, Əli Bayramov küçəsi, 77 ünvanında “Lənkəran-Konserv” ASC-nin (ləğv prosesindədir - VÖEN 2600118231) səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Yığıncaqda ASC-nin ləğvetmə balansının təsdiq edilməsi, qalıq əmlakının iştirakçılar arasında bölünməsi planını əks etdirən hesabatın təsdiq edilməsi, qiymətli kağızlarının dövriyyədən çıxarılması və ləğv edilməsi ilə bağlı məsələlər, ASC-nin ləğv edilərək Azərbaycan Respublikası kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarılması üçün müvafiq qeydiyyat idarəsinə müraciətlə bağlı məsələlər müzakirə ediləcək.
Bundan bir həftə sonra fevralın 17-də isə Qazax şəhəri, Ə. Şıxlinski küçəsi, 105 ünvanında “Qazax Konserv Zavodu” ASC-nin (ləğv prosesindədir 4200087251) səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
18 Avqust 2026