Qiymət artımlarının əsas səbəblərindən biri rəqabətin zəif olmasıdır

17:16 - 11.01.2023


11 yanvar, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, Sosial Tədqiqatlar Mərkəzinin (STM) qiymətlərin artımı ilə bağlı əhali arasında rəy sorğusu keçirib.

ABC.AZ xəbər verir ki, rəyi soruşulanların 34,4%-i isə inflyasiyanın səbəbi kimi, sahibkarlar və satıcıların qiymətləri süni olaraq artırmasını qeyd ediblər.

Daha 32,2% isə qiymət artımının səbəbini dünyadakı iqtisadi-siyasi vəziyyətlə bağlı olduğunu düşünür.

Maraqlı nəticələrdən biri də əhalinin biznesdəki rəqabət barədə fikirləri olub. Sorğuda iştirak edənlərin 11,6%-i bildirdirib ki, qiymət artımlarının əsas səbəblərindən biri rəqabətin zəif olmasıdır. Daha 23,7% isə hesab edir ki, aidiyyəti qurumların tənzimləyici təsiri yetərli deyil.

Sorğu çərçivəsində respondentlərin 4,4%-i digər səbəbləri əsas gətirib, 5,4%-i isə bu suala cavab verməkdə çətinlik çəkib.