17:04 - 11.01.2023
11 yanvar, Fineko/abc.az. Azərbaycanda əhalinin hər 3 nəfərindən biri inflüamiyanın səbəbini sahibkarlar tərəfindən qiymətlərin süni surətdə artırıldığını düşünür.
ABC.AZ xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzinin (STM) keçirdiyi sorğuda məlum olub.
Son dövrlər qiymət artımı ilə bağlı məsələlərin aktual olduğunu nəzərə alan Sosial Tədqiqatlar Mərkəzi vətəndaşlar arasında son bir ildə qiyimət artımları ilə bağlı blitz sorğu keçirib.
Sorğu zamanı «Sizcə, qiymət artımının səbəbləri nələrdir?» sualı ünvanlanıb və bir neçə cavab variantı seçmək imkanı verilib.
Sorğuda mövqelərin ən çox üst-üstə düşdüyü əsas səbəb kimi Rusiya-Ukrayna münaqişəsi 36.6%-lik göstərici ilə ilk sırada qərarlaşıb.
18 Avqust 2026