Daha bir şirkətin dövlətə xeyli borcu olduğu üzə çıxdı

14:33 - 10.01.2023


10 yanvar, Fineko/abc.az. “Fireland Vineyards” MMC-nin dövlət qarşısında vergi borcunun olduğu məlum olub.

ABC.AZ Banker.az-a istinadən xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat verir.

Məlumata əsasən, “Fireland Vineyards” MMC-nin vergi borcu 128 848.56 manatdır. Bu vergi borcu 09.01.2023-cü il tarixinə olan məlumatdır.

Qeyd edək ki, Elmar Səidov Azərbaycanın ən böyük şərab istehsalçılarından biri olan “Fireland Vineyards” MMC-nin (“Odlar Yurdunun Üzümlükləri”) qanuni təmsilçisidir.