Aqrar sanaye məhsullarının ixrac dəyəri bu qədər artıb - Hesabat

16:26 - 9.01.2023


9 yanvar, Fineko/abc.az. 2022-ci ildə Azərbaycandan aqrar və aqrar sənaye məhsullarının ixrac dəyəri $912,4 milyon təşkil edib ki, bu da 2021-ci ilin göstəricisindən 11,8% çoxdur.

ABC.AZ İnterfax-a istinadən xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən məlumat verilib.

Aqrar məhsulların payı $717,6 milyon (+6,7%), aqrar sənaye məhsullarının payı $194,8 milyon (+35,4%) təşkil edib.

İxrac edilən meyvə-tərəvəz məhsulları aqrar məhsullar qrupunun 93%-ni təşkil edib.

2022-ci ilin yekunları üzrə Azərbaycanın qeyri-neft ixracı $2 milyard 991,99 milyon təşkil edib ki, bu da 2021-ci ilin göstəricisindən 10.3% çoxdur.

İqtisadiyyat Nazirliyinin qiymətləndirmələrinə görə, 2027-ci ilədək qeyri-neft ixracının həcmi $5 milyarda qədər artacaq.