Qarabağa yanvar ayına olan bilet satışları elan edildi

15:05 - 27.12.2022


27 dekabr, Fineko/abc.az. İşğaldan azad olunmuş ərazilərə təşkil olunan avtobus reyslərinə 2023-cü ilin yanvar ayına olan biletlər 28 dekabr 2022-ci il saat 16:00-da satışa çıxarılacaq.

Bu barədə ABC.AZ Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə istinadla xəbər verir.

Sərnişin daşınması ilə bağlı sistemliliyin təmin edilməsi məqsədilə marşrut xətləri üzrə bilet satışı www.yolumuzqarabaga.az portalı üzərindən onlayn qaydada həyata keçirilir.

Gediş və qayıdış biletləri əvvəlcədən eyni vaxtda sifariş olunmalıdır.