12:08 - 27.12.2022
27 dekabr, Fineko/abc.az. “Asiya-Sakit okean regionu ölkələri - Çin - Qırğızıstan - Özbəkistan - Türkmənistan - Azərbaycan – Gürcüstan - Türkiyə-Avropa” beynəlxalq multimodal marşrutu çərçivəsində yaradılan CASCA+ multimodal nəqliyyat marşrutu ilə ilk dəfə olaraq Özbəkistandan Avropaya yola salınan konteyner blok qatarı Bakıya çatıb.
ABC.AZ xəbər verir ki, konteynerlər Türkmənbaşı limanından Bakı limanına “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Konteyner” MMC -yə məxsus “Balkan” fider gəmisi vasitəsilə çatdırılıb.
Qeyd edək ki, konteyner qatarı uzunluğu 4000 km-dən çox olan "Özbəkistan - Türkmənistan - Azərbaycan - Gürcüstan - Bolqarıstan/Avropa" marşrutu üzrə hərəkət edəcək.
18 Avqust 2026