12:31 - 12.12.2022
12 dekabr, Fineko/abc.az. 2022-ci ilin yanvar-noyabr aylarında ölkədə rəsmi inflyasiya 13,8% təşkil edib.
ABC.AZ xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi yanvar-noyabr aylarının inflyasiya ilə bağlı hesabatında qeyd edilib.
Bu dövrdə ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə qiymətlər 19,5 faiz, qeyri-ərzaq məhsulları üzrə 8,3 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 10,4 faiz bahalaşıb.
Noyabrdan-noyabra bahalaşma isə 15,1% olub.
Bu dövrdə ərzaq məhsulları, içkilər və tütün məmulatları 20,1%, ayrıca olaraq qida məhsulları 20,8% bahalaşıb.
Spirtli içkilərin qiymətində son bir ildə 6,3%, tütün məmulatlarında 6,9% artım var.
Dövlət Statistika Komitəsinin məlumatlarına görə, qeyri-ərzaq məhsulları 12,1%, ödənişli xidmətlər 10,7% bahalaşıb.
20 Avqust 2026
20 Avqust 2026
20 Avqust 2026
18 Avqust 2026
17 Avqust 2026