11:34 - 21.11.2022
21 noyabr, Fineko/abc.az. Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "AccessBank" QSC ümumi dəyəri 5 milyon ABŞ dolları olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.
ABC.AZ-a BFB-dən daxil olan məlumata görə, faizli təmin edilməmiş sənədsiz adlı istiqrazların sayı 5000 ədəd, hər birinin nominal dəyəri 1000 manat, illik faiz dərəcəsi 5,5%, tədavül müddəti 18 ay, kupon faizlərinin ödəniş müddəti 90 gündən birdir.
Yerləşdirmənin başlanmasına ən azı 2 iş günü qalmış hərracın baş tutacağı tarix BFB-nin internet səhifəsində investorlara açıqlanacaqdır.
Yerləşdirmə üzrə baş anderrayter “ABB-İnvest İnvestisiya Şirkəti” ASC, sub anderrayter isə “Unicapital İnvestisiya Şirkəti” ASC-dir.
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026