Gələn ildən kartla ödənişlərdə ƏDV-nin məbləği artırılacaq – Milli Məclisdə müzakirə

12:25 - 18.11.2022


18 noyabr, Fineko/abc.az. Gələn ildən kartla ödənişlərdə ƏDV-nin məbləğinin artırılması Milli Məclisdə müzakirə edilib.

ABC.AZ xəbər verir ki, sözügedən məsələ Milli Məclis müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə yer alıb.

Qanun layihəsinə əsasən, nağdsız əməliyyatların stimullaşdırılması məqsədilə geri qaytarılan əlavə dəyər vergisinin (ƏDV) nağd əməliyyatlara görə 10 faizdən 5 faizə endirilməsi, nağdsız əməliyyatlara görə isə 15 faizdən 17,5 faizə qaldırılması təklif olunur.

Layihə Milli Məclisdə səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Müəllif: Elmir Murad